Qarabağla bağlı bəyanat qəbul olundu

img

23-12-2014 [18:56]


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan dövlətlər Dağlıq Qarabağ münaqişəsinin istisna olaraq sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. 

ANS PRESS-in məlumatına görə, bu barədə KTMT ölkələri dövlət başçılarının KTMT Kollektiv Təhlükəsizlik Şurasının bu gün keçirilmiş iclasının yekununda qəbul edilmiş bəyanatda deyilir. 

"Biz KTMT üzvü olan dövlətlərin başçıları Dağlıq Qarabağ münaqişəsinin istisna olaraq sülh yolu ilə həllinin vacibliyini vurğulayırıq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə beynəlxalq hüququn prinsip və normaları, BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının maddələri, o cümlədən güc tətbiqi və ya güc tətbiqi hədəsi olmadan, dövlətlərin ərazi bütövlüyü, xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə hüququ əsasında bu münaqişənin nizamlanmasının əsas prinsipləri üzərində işin sürətlə başa çatdırılmasının vajibliyinin qeyd edirik”,- deyə bəyanatda bildirilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA