Məzahir Pənahov məntəqədəki davadan danışdı - VİDEO

img

23-12-2014 [14:36]


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə və KİV-lərdə 15 saylı Yasamal I Seçki Dairəsinin 12 saylı məntəqəsində "seçki saxtakarlığı” kimi təqdim edilən videogörüntülərlə bağlı açıqlama verib. 

 "Report” xəbər verir ki, M.Pənahov jurnalistlərə bildirib ki, hələ həmin məsələ ilə bağlı MSK-ya müraciət daxil olmayıb: "Mən özüm həmin görüntülərə baxmışam. Orada aydın görmək olmur ki, qutuya neçə seçki bülleteni atılır. Təbii ki, biz bunu araşdıracağıq, qayda pozuntusu olub-olmaması barədə ictimaiyyətə məlumat verəcəyik. Əgər qanun pozuntusu olarsa, bunu edənlər cəzalandırılacaq”.

M.Pənahov əlavə edib ki, bu gün MSK-ya qayda pozuntusunun olması ilə bağlı müraciət daxil olmayıb: "Daxil olan müraciətlər əsasən sorğu xarakterlidir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA