“Xəzər Lənkəran”da gözlənilməz istefa, komanda sahibsiz qaldı

img

22-12-2014 [20:22]


"Oğuz Çətin baş məşqçi vəzifəsindən istefa verib. Onun bu qərarı bizim üçün gözlənilməz oldu. İstefanın qəbul olunub-olunmayacağı hələ bəlli deyil. Amma böyük ehtimalla, klub prezidenti istefanı qəbul edəcək”.

Mia.az futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Klub rəsmisi komandanın yeni baş məşqçisinin Yunis Hüseynov olacağı haqdakı iddiaları da cavablandırıb: "Komandamızın yeni baş məşqçisinin kim olacağını hələ deyə bilmərəm. Çünki istefa gözlənilməz olduğundan hansısa axtarışlara başlamamışıq. Amma yeni baş məşqçimiz Yunis Hüseynov olmayacaq. O, klubun idman direktorudur və öz vəzifəsində də qalacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA