“Seçkiyə gedəcəyəm”- İsa Qəmbər

img

22-12-2014 [16:23]


Müsavat Partiyasının eks başqanı İsa Qəmbər sabah ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı fikirlərini açıqlayıb.

O, bu barədə facebook hesabında yazıb. "Mənə bildiriş gəlib. Sabah guya bələdiyyə seçkiləridir. Aydın məsələdir ki, bu gerçək seçki deyil. Ölkədə də seçki mühitinin heç əlaməti də yoxdur. Amma, bütün bunlara baxmayaraq mən gedib seçkidə iştirak etmək niyyətindəyəm.

Səbəblər:

1. KXCP-dən Xəzər bəyə görə. Lövhədə iki parçalanmış plakat görürsünüz. 1-cisi Xəzər bəyin plakatı-dır(idi). 2-cisi ümumi plakat. Başqa namizədlər heç plakat hazırlamağa da ehtiyac duymayıblar.

2. Gənc müsavatçı Şamil Beydullaya görə. O, məndən dəstək istədi. Mən də ona və bütün müxalifətdən olan namizədlərə, xüsusən gənclərə dəstək verməyi zəruri hesab edirəm.

3. Bizim seçkidən başqa hakimiyyəti dəyişmək üsulumuz yoxdur. Ölkədə vəziyyəti dəyişdirib, xalqı öz taleyinin müəyyənləşməsində iştirak zərurətinə inandırıb bu rejimi dəyişməliyik. Bələdiyyə seçkisində hətta haqlı arqumentlərlə iştirak etməyəcəyiksə parlament və prezident seçkilərində hansı məntiqlə iştirak edəcəyik?

Odur ki, seçiciləri sabah məntəqələrə gedib Binəqədi rayonunda Şamil bəyə, Nərimanov rayonunda Xəzər bəyə, qalan dairələrdə də müxalif və müstəqil namizədlərə səs veməyə çağırıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA