19-12-2014 [21:48]
Əli Həsənov "Media forum” saytına açıqlamasında bildirib ki, Tom Malinovskinin müsahibəsində əksini tapan fikirlər reallığı və həqiqəti əks etdirmir: "Azərbaycan ABŞ-la münasibətləri qorumaq və inkişaf etdirmək istiqamətində daha ölçülü-biçili, düşünülmüş addımlar atır. Qarşı tərəfin bəzi dairələri, o cümlədən ABŞ-ı təmsil edən bəzi QHT-lər, insan haqları ilə məşğul olan qurumlar və KİV-lər isə iki ölkənin münasibətlərinə kölgə salan fəaliyyətlə məşğul olurlar. Biz hər zaman iki ölkə arasındakı münasibətlərin prinsipial tərəflərini əks etdirən məsələlərdə lazımi məqamları gözləmişik və gözləməkdə davam edirik. Azərbaycan demokratiya, insan haqları, söz və mətbuat azadlığı kimi məsələlərdə öz prinsiplərinə davamlı olaraq sadiq qalıb. Buna baxmayaraq kimlərsə Azərbaycanın etmədiyi, ölkəmizdəki reallıqlara uyğun olmayan məsələləri bizə təlqin etməyə çalışır.
Hesab edirəm ki, qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı qırmızı xəttə yaxınlaşmaqda ittiham edən qurumların özləri daha çox yaxınlaşırlar. Azərbaycan öz öhdəliklərinə hər zaman sədaqətli olub, bu gün də sədaqətlidir. Bunun əksini iddia edənlər Azərbaycanın indiyədək ABŞ-la münasibətlərə və öz öhdəliklərinə necə sadiq qalmasına da, ABŞ-ın həmin dairələrinin və onun müttəfiqi olanların Azərbaycanla bağlı öhdəliklərinə necə yanaşmasına da baxsınlar”.
Tom Malinovski "Azadlıq” radiosunun rusdilli "Nastoyaşeye vremya” teleproqramına müsahibəsində deyib ki, ABŞ jurnalist Xədicə İsmayıl da daxil olmaqla Azərbaycanda öz fikrini dinc yolla ifadə etdiyinə və jurnalist fəaliyyətinə görə həbs olunmuş şəxslərin azadlığa buraxılmasını istəyir: "Hazırda biz Azərbaycanın yüksək rəhbərliyi səviyyəsində ciddi müzakirələr aparırıq. Onlar başa düşürlər ki, vətəndaş cəmiyyətini boğmaqla müstəqillik qazanandan bəri mövcud olan ABŞ-Azərbaycan münasibətlərini təhlükəyə atırlar”.
Tom Malinovski bildirib ki, 20 ildən artıqdır Azərbaycan ABŞ-la kifayət qədər yaxşı münasibətlərdə olub. Bununla belə o deyib ki, son aylarda Azərbaycanda baş verənləri başa düşmək ABŞ-a çox çətindir: "Bu addımlar bizim münasibətləri sual altına qoyur. Hazırda biz Azərbaycan hakimiyyəti ilə müzakirələrdə onlara bunu imkan daxilində aydın çatdırmağa cəhd edirik”.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək