Ana Vətən Partiyası Nərimanovda yeni ofisini təqdim edib - FOTO

img

19-12-2014 [14:21]


Ana Vətən Partiyası Nərimanov rayon təşkilatının ofisinin açılışı olub.

 Partiyadan Mia.az-a daxil olan məlumata görə, AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı və Nərimanov rayon təşkilatının sədri Əkbər Cabbarov  lentkəsmə mərasimində iştirak edərək, yeni ofisin açılışını həyata keçiriblər.

 Açılışda çıxış edən E.Ağamalı Nərimanov rayon təşkilatının ofisinin açılışının partiya həyatında mühüm hadisə olduğunu və rayon təşkilatının fəaliyyətində əhəmiyyətli rol oynayacağını bildirib.  Həmçinin partiyanın qarşısında duran vəzifələrdən, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqdan danışaraq anavətənçiləri bələdiyyə seçkilərində fəal  iştiraka dəvət edib.

Tədbirin sonunda  partiya sıralarına yeni qoşulan  üzvlərə üzvülük vəsiqələri təqdim olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA