Siyavuş Novruzovdan "Quska"nın xahişini hansı icra başçısı edib?

img

19-12-2014 [12:21]


YAP icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzovun "Unikal” qəzetinə müsahibəsində bir sual-cavab xüsusi diqqəti cəlb eləyib.

  Mia.az xəbər verir ki, Siyavuş Novruzova verilən «Maraqlı bir məqam var, YAP-dan, hakimiyyətdən kənarlaşdırılanların bir nömrəli hədəfi Siyavuş Novruzov olur. Onlardan sonuncusu Hüseyn Abdullayev oldu. Deyir ki, Siyavuş Novruzov indi məni tanımır, amma vaxt var idi, hər gün mənim yanımda idi», - sualı hazırda icra başçısı postunda olan bir vəzifəli şəxsi ciddi narahat edib. 

Xatırladaq ki, həmin suala S.Novruzov belə cavab verib: «Bütün tərəqqipərvər bəşəriyyət də bilir ki, mən, onu tanımamışam. O adam bizneslə məşğul olub, sonradan siyasətə gəlib. Məndə olan məlumata görə, deputat seçkilərində təbliğat kampaniyası ərəfəsində ona köməkliklə əlaqədar partiyaya müraciət edilib. O vaxt namizədlik üçün iki min imza tələb olunurdu, o da bitərəf idi, partiyanın namizədi deyildi. Nizami rayonundan namizədliyini irəli sürəndə bizim dostlar vasitəsilə müraciət etmişdi ki, ona yardımçı olaq. Vəssəlam. Yolda rastlaşsaydıq, mən o adamı tanımırdım ki, o kimdir. Adı başqa-başqa yerdə hallanırdı, amma onunla hər hansı bir ünsiyyətim olmayıb». 

 Mia.az xəbər verir ki, YAP-ın taninmış funksonerinin cavabındakı «Məndə olan məlumata görə, deputat seçkilərində təbliğat kampaniyası ərəfəsində ona köməkliklə əlaqədar partiyaya müraciət edilib. O vaxt namizədlik üçün iki min imza tələb olunurdu, o da bitərəf idi, partiyanın namizədi deyildi. Nizami rayonundan namizədliyini irəli sürəndə bizim dostlar vasitəsilə müraciət etmişdi ki, ona yardımçı olaq. Vəssəlam» sözləri həqiqətdir: «Yəni həqiqətən Siyavuş Novruzov hazırda Almaniyada mühacir kimi məskunlaşmış Hüseyn Abdullayevi tanımayıb. bu da bir faktdır ki, 2005 parlament seçkilərində «Quska» ləqəbli Hüseyn Abdullayevin namizədliyini o zaman YAP-da müəyyən qrup dəstəkləyirdi. Həmin qrup hətta onun qalibiyyəti üçün bütün güclərini səfərbər etmişdi. Əminəm, o vaxt Siyavuş Novruzovdan da məhz bu qrup hazırda icra başçısı olan bir nüfuzlu şəxs Hüseyn Abdullayevin xahişini eləyib. Lakin seçkidə yaşanan xoşagəlməz olaylar, həmçinin Hüseyn Abdullayevin axtarışa verilməsi sair əməlləri sonradan çox gərgin vəziyyəti yaratdı. İndi həmin icra başçısı hər dəfə Hüseyn Abdullayevin Almaniyadan sərt bir təyinatı səslənəndə, qorxuya düşür. Çünki bu kompromatdan hakimiyyətdəki müəyyən qruplar xəbərdardır. Hətta onu da deyə bilərəm ki, Hüseyn Abdullayevin hələ 2005- hakimiyyət onun vahid seçki proqramına qarşı atdığı addımlar Siyavuş Novruzovu da kəskin qəzəbləndirmişdi. Bu qəzəb isə onunla qeyd etdiyim icra başçısının əvvəlki isti münasibətlərinə kifayət qədər sərinlik gətirib». 

Xatırladaq ki, həmin icra başçısının kimliyi o zamankı hadisələrin təfsilatı haqda da Mia.az-a məlumat verilib. Hələlik isə tərəflərdən münasibət öyrənə bilmədiyimizdən bunlara toxunmadıq.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA