Avropa ali qurumu: "İlqar Məmmədov dərhal buraxılsın!"

img

18-12-2014 [19:45]


Avropa Şurasının Nazirlər Komitəsində Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxılıb.

Bu barədə Avropa Şurasının saytında deyilib.

Nazirlər Komitəsi bununla bağlı qəbul etdiyi qərarda cinayət qanunvericiliyinin ifadə azadlığının məhdudlaşdırılması  üçün tətbiqinin ümumi problem olmasını xatırladıb, o cümlədən, Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırıb:

- İlqar Məmmədov təxirə salınmadan azad edilməsi təmin olunsun;

- Hüquqi əsas olmadan cinayət işlərinin başlanmasının qarşısının alınması və prokurorluğun bu kimi cəhdlərinin məhkəmə qaydasında səmərəli araşdırilması üçün görülmüş və / və ya planlaşdırılmış tədbirlər haqqında konkret və hərtərəfli məlumat təxirə salınmadan təqdim olunsun.

Xatırladaq ki, 17 mart 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxs barəsində hökm verib. ReAL Hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər müttəhim şərti cəza alıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İ.Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

2014-cü ilin iyunun Şəki Apellyasiya Məhkəməsi Məmmədov barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Amnesty İnternational İlqar Məmmədovu "vicdan məhbusu” elan edib(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA