Seymur Həzinin məhkəməsi: iki şahid dindirilib

img

18-12-2014 [17:16]


Dekabrın 18-də Abşeron Rayon Məhkəməsində jurnalist Seymur Həzinin işi üzrə proses keçirilib.

"Media forum” saytına danışan vəkil Adil İsmayılov deyib ki, Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən iclasda Seymur Həzi də iştirak edib: "İki şahid dindirildi. Şahidlər ifadələrində Məhərrəm Həsənovla Seymur Həzinin davasına aid heç nə görmədiklərini dedilər. Proses dekabrın 26-da davam edəcək”.

Seymur Həzi avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla davaya görə tutulub. Seymur Həzi Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi, Məhərrəm Həsənov isə 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Seymur Həzinin müdafiəçiləri onun siyasi sifarişlə tutulduğunu iddia edir. Hakimiyyət təmsilçiləri bu iddianı rədd edir, onun həbsinin siyasi və jurnalist fəaliyyətinə aidiyyəti olmadığını vurğulayır.

32 yaşlı Seymur Həzi "Azadlıq” qəzetinin, xaricdən peyk vasitəsilə yayılan "Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP-nin öncül şəxslərindəndir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA