Gəncə “YAP”çıları bir araya gəlib

img

18-12-2014 [17:00]


YAP Gəncə şəhər Təşkilatında müşahidəçilərlə görüş keçirilib. 

Dekabrın 23-də bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında partiyanı təmsil edən müşahidəçilərlə görüş keçirilib. Tədbirdə təşkilatın İdeoloji şöbənin müdiri Hüseyn Budaqov, təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov, təlimatçılar və müşahidəçilər iştirak ediblər. 

Hüseyn Budaqov qarşıdan gələn bələdiyyə seçkilərindən, seçkilərlə əlaqədar görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. "Rifah və Quruculuq naminə” şüarı ilə həyata keçirilən bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının uğurla başa çatmasını, qalan vaxt ərzində partiyanın qələbəsi üçün görüləcək zəruri tədbirləri xüsusi vurğulayıb. 

Təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov Yeni Azərbaycan Partiyasını təmsil edən müşahidəçilərə Azərbaycan Respublikasınin Seçki Məcəlləsində olan əsas anlayışlar, müşahidə aparmağın prinsipləri, müşahidəçilərin hüquqları, riayət etməli olduqları şərtlər barədə məlumat verib.

Sonda müşahidəçilərə, yaddaş kitabçaları və Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri ilə bağlı hazırladığı bukletlər təqdim olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA