KİVDF jurnalistlər üçün bayram tədbirinin vaxtını elan etdi

img

18-12-2014 [15:19]


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün elan etdiyi fərdi yazı müsabiqəsinin qaliblərini dekabrın 24-də keçirəcəyi tədbirdə mükafatlandıracaq.

Fonddan verilən məlumata görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təçkil olunacaq mərasim dekabrın 24-də saat 14:00-da "Altun Saray” restoranında baş tutacaq.

Qeyd edək ki, budəfəki müsabiqədə 19 istiqamət üzrə qaliblər seçilib. Müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 olmaqla 1, II yer üçün 300 olmaqla 2, III yer üçün isə 200 manat olmaqla 3 mükafatın verilməsi nəzərdə tutulur

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA