18-12-2014 [14:54]
S.Novruzov "Unikal" qəzetinə bildirib ki, bu görüş barədə əvvəlcədən Arif Hacılı ilə razılıq əldə edilib, sonra isə Hacılı görüşdə iştirak etməkdən imtina edib.
Müsavat Partiyası başqanı Arif Hacılı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu görüş barədə hakimiyyətlə heç bir müzakirə aparmayıb: ""Ola bilər kimsə onlara yanlış məlumat verib. Lakin 4 siyasi partiya Əli Həsənovla görüşmək barədə təşəbbüs irəli sürərkən mən Müsavat partiyasının bu prosesdə iştirak etmədiyini əvvəlcədən bildirmişəm və sonadək bu mövqeyimdə qalmışam. Müsavat Partiyasının bu prosesdə iştirak etməməsinin əsas səbəbi isə görüşdə müzakirə olunacaq məsələlərin əvvəlcədən müəyyənləşdirilməməsi, görüşdə iştirak formatının bəlli olmaması olub. Çünki əvvəlcədən müəyyənləşdirilməyən gündəliklə keçirilən və dəvət olunma prinsipləri bəlli olmadan toplanan siyasi partiya nümayəndələrinin iştirakı ilə keçirilən görüşün hər hansı nəticəsi ola bilməz. Hər hansı bir tərəf bu görüşü iqtidar-müxalifət dialoqu adlandırmır. Mən Əli Həsənovun da, görüşdə iştirak edən digər siyasi partiya nümayəndələrinin də açıqlamaları ilə tanışam. Sadəcə olaraq ölkədə fəaliyyət göstərən 17 siyasi partiya nümayəndəsinin Əli Həsənovla görüşü idi. Görüşün müsbət nəticələrinin olacağına da inanmıram”.
A.Hacılı bir neçə məsələ ətrafında iqtidarla müzakirələrə hazır olduqlarını deyib: "Azərbayan hakimiyyəti müxalifətlə real dialoqa hazırdısa. Belə bir dialoqun mövzusunun və bu mövzu ətrafında müzakirə aparacaq siyasi qüvvələrin formatını əvvəlcədən bizimlə razılaşdıracaqsa, biz Azərbaycanın ümumilli məsələləri ilə əlaqədar müzakirələrə hazırıq. Bunu da həmişə bildirmişik. Biz hesab edirik ki, müzakirə olunacaq məsələlər çoxdur. Azərbaycanda Qarabağ kimi ciddi bir problem mövcudur ki, bu məsələdə ümumilli mövqenin müəyyənləşməsi zəruridir. Regionda baş verən proseslər, Rusiya ilə qərb arasında "soyuq müharibə” elementlərinin ortaya çıxması, Rusiya qarşı tətbiq edilən anksiyalarla əlaqədar baş verən iqtisadi böhran şəraiti, Azərbaycanda siyasi məhbusların mövcudluğu, demokratik islahatların aparılması zərurəti və digər məsələlər ətrafında müzakirə aparmaq zəruridir. Bu zərurət hakimiyyət tərəfindən qəbul ediləcəksə və siyasi mövqeyi bəlli olmayan və ya hakimiyyətin siyasi kursunu dəstəkləyən partiyaları toplayıb iqtidar-müxalifət dialoqu adlandırılacaqsa, səmərəli nəticələrin olması qeyri-mümkündür”.
Müsavat başqanı Yap funksionerinin dediklərini təkizb edib: "Mən heç bir müzakirədə heç vaxt iştirak etməmişəm. Sadəcə olaraq Pənah Hüseyn tərəfindən belə bir təşəbbüs irəli sürülmüşdü. Mənə də bu barədə məlumat vermişdilər. Bu prosesdə Müsavat Partiyasının iştirak etməyəcəyini bildirmişəm. Görüş barədə hakimiyyətlə kimlərin müzakirə aparmasının Müsavat Partiyasına heç bir aidiyyatı yoxdur. Əvvəlcədən Müsavat Partiyası bu prosesdə iştirak etməyib. Siyavuş Novruzovun dedikləri gülünc və uydurmadır”.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək