"Siyasi partiyalar dövlət başçısına dəstək verməlidirlər"-Hafiz Hacıyev

img

18-12-2014 [11:12]


"Dünyanıngüc mərkəzləri zaman-zaman Azərbaycanatəzyiq göstərirlər və bu hal son zamanlar özünü daha qabarıq biruzə verir. Belə təzyiqi onlar bəzən müəyyən daxili qüvvələrin vasitəsilə də həyata keçirilər”. Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdünyanın güclü dövlətləri və bəzi beynəlxalq təşkilatların son zamanlar Azərbaycana qarşı nümayiş etdirdiyi mövqeyə münasibət bildirərkən deyib.

H.Hacıyevdeyib ki, bəzi təşkilatlar xarici qüvvələrin vasitəsilə Azərbaycanada çaxnaşma yaratmağa cəhd edirlər. Onun sözlərinə görə, Avropa Parlamenti, ABŞ Dövlət Departamenti və digər beynəlxalq birlik və dövlətlər insan hüquqlarını əldə bayraq edərək ölkəmizə qarşı sanksiya tətbiq etməkistəyirlər: "Bu isə birbaşa Azərbaycanın daxili işlərinə müdaxilədir. Özünü demokrat adlandıran dövlətlər gərək özlərinə hörmət etsinlər. Bir də onlar ilk növbədə ölkələrində baş verən problemlərə diqqət etsələr yaxşı olar. Digər tərəfdən əgər onlar doğrudan da insan hüquqlarının aliliyinə hörmət edirlərsə, həqiqətən demokratdılarsa, niyə Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının bərpası istiqamətində addım atmırlar? Nə üçün işğalçı Ermənistanı zəbt etdiyi Azərbaycan torpaqlarından çıxarılması üçün təsir göstərmirlər? Bundan başqa,ABŞ, Avropa və digər insan hüquqlarından dəm vuran dövlət və beynəlxalq təşkilatlar nəyə görəyaxınlarının qəbrini ziyarət etmək üçün Kəlbəcərə gedən və orada girov götürülənDilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bir dəfə də olsa bəyanat verməyiblər? Əlbəttə onların bu məsələdə susqunluq nümayiş etdirməsiAzərbaycana qarşı ikili standartlardan yanaşmalarını bir daha ortaya qoyur. Ona görə dəABŞ, Avropa və başqaları anlamalıdır ki, onların sözləri iləoturub-duran deyilik. Onlar Azərbaycana hüquq dərsi keçə bilməzlər. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasəti var. Kimin nə deməsindən asılı olmayaraq Azərbaycanmüstəqil siyəstini yürüdür.Başqalarının isə Azərbaycanın daxili işinə qarışmağa səlahiyyəti yoxdur. Düşünürəm ki, Azərbaycan müstəqil siyasətini davam etdirməlidir və milli qüruru olan siyasi partiyalar da bu yolda dövlət başçısına dəstək verməlidirlər”.

H.Hacıyev əlavə edib ki, Əli Kərimli, İsa Qəmbər və başqaları xaricilərin qrantı hesabınafəaliyyət göstərilər. Amma onun dediyinə görə, hazırda İ.Qəmbər sıradan çıxarılıb: "İndi İsa Qəmbərbir MMC yaradıb və ArifHacıyevin vasitəsiləxaricdən qrant almaq istəyir. Arif Hacıyev rəhmətlik Elçibəy hakimiyyəti dövründə ən rüşvətxor adam olub. Onlar işlərini xaricilərlə qururlar. Niyə Amerika səfiri onlarla tez-tez görüşür, bizimlə isə yox.Mən üç dəfə prezidentliyə namizəd olmuşam. Qəmbərov İsadan fərqli olaraq elmlər namizədiyəm. Kərimov Əlidən fərqli olaraq dövlət işində kifayət qədər təcrübəsi olan adamam. Bəs nə üçün ABŞ səfiri başqaları ilə görüşmür?”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA