Prezident “Qarabağ” klubu üçün torpaq ayırdı

img

17-12-2014 [15:57]


Prezident İlham Əliyev "Qarabağ” Futbol Klubunun uşaqlar üçün Futbol Akademiyası tikməsi məqsədi ilə yerlə təmin olunmasına göstəriş verib.

Bu barədə "Qafqazinfo”ya klubun direktoru Emrah Çelik məlumat verib. O bildirib ki, prezidentlə bu gün keçirilən görüşdə belə bir tapşırıq İlham Əliyev tərəfindən verilib: "Bilirsiniz ki, Tofiq İsmayılov adına stadionun əsas hissəsində "Qarabağ” FK-nun baza stadionu tikilib. Stadionun boş qalan hissəsində isə uşaqlar üçün futbol akademiyası tikmək istəyirdik. Bu, ölkədə uşaq futbolunun inkişafına təsir edəcək. Orada məşqlər həyata keçiriləcək. Biz bu istəyimizi ölkə başçısı ilə görüşdə səsləndirdik. O da stadionun boş qalan hissəsində uşaq akademiyası tikilməsinə razılıq verdi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA