Avropa İttifaqı girovlarımızla bağlı mövqe açıqladı

img

17-12-2014 [11:16]


Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti erməni silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz mühakiməsi ilə bağlı mövqeyini açıqlayıb.

AzərTAc "Eunews.az” portalına istinadla xəbər verir ki, Avropa İttifaqı Ermənistanı beynəlxalq humanitar normalardan irəli gələn öhdəliklərə əməl etməyə və Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlığa çağırıb. Xarici Fəaliyyət Xidməti bunun Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 2010-cu il Həştərxan bəyanatına, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin 2014-cü ilin dekabrında Bazeldə etdiyi çağırışa uyğun olacağını xatırladıb.

Şahbaz Quliyev və Dilqəm Əsgərov bu ilin iyul ayında Kəlbəcərdə girov götürülüb. Onlarla birgə Kəlbəcərə gedən Həsən Həsənov isə öldürülüb. Onun meyiti qarşı tərəfdən oktyabrın 2-də alınıb, oktyabrın 4-ü Bakıda dəfn edilib.

İşğalçı Dağlıq Qarabağ rejimi hər üç şəxsin Kəlbəcərə diversiya məqsədi ilə keçdiyini, 2 ermənini öldürdüyünü, 1-ni yaraladığını və başqa cinayətlər törətdiyini iddia edir.

Azərbaycanlı girovlar Dağlıq Qarabağda, Xankəndidə qurulmuş qondarma məhkəmədə mühakimə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA