“Elə icra başçıları var ki, açıq şəkildə qudurğanlıq nümayiş etdirirlər” - Hafiz Hacıyev

img

16-12-2014 [22:44]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yerlərdəki məmurlarla bağlı tənqidi fikirlər səsləndirib. O, Aktual.az-a açıqlamasında bunları deyib:

"İcra başçıları, dövlət məmurlarının bəziləri dövlətə, ölkə başçısına xəyanət edirlər. Bunlar qudurublar artıq. Həmin məmurlarla bağlı qəti tədbir görülməlidir. Hərəsi özünü rayonda bir padşah hesab edir. 

Bəziləri var ki, dövlətin qanunlarını saymırlar, vətəndaşları incidirlər, onlara yuxarıdan aşağı baxırlar. Belə olan halda, həmin rayonda böyük narazılıq yaranır. Belələri ölkədə aparılan uğurlu siyasətə radikal satqınlardan daha çox zərbə vururlar. Narazılığa səbəb olan  məmurları sərt cəzalandırmaq lazımdır. Ölkə prezidenti millət üçün, xalq üçün çalışır. Bu insanlar isə vətəndaşları əzməklə, onların hüquqlarını tapdalamaqla məşğuldurlar. Xalq arasında da bütün narazılıqları belə məmurlar yaradır. Elə zənn edirlər ki, rəhbərlik etdikləri rayon onlara atalarından qalıb, bunlar da balalarına pay verəcəklər".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA