MMP ciddi qərarlar qəbul edib

img

16-12-2014 [14:14]



Bu gün Müasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. 

Toplantıda Bakı şəhər təşkilatlarının sədrləri, təbliğat-təşviqat qruplarının rəhbərləri iştirak etmişdirlər. İclasda bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti, ictimaiyyət arasında MMP-nin nəzdində yaradılmış təbliğat-təşviqat qruplarının apardığı işlərin gedişi müzakirə olunmuş, bir qrup fəal təbliğatçılar mükafatlandırılıb. 

Bələdiyyə seçkiləriylə bağlı partiya təşkilat sədrlərinin verdikləri məlumatlar dinlənilmiş və verilən məlumatlara uyğun müəyyən qərarlar qəbul olunub. Həmçinin, Azərbaycanda fəaliyyət göstərən bir neçə səfirliklərin işçilərinin Azərbaycanın bir nömrəli satqını, xarici kəşfiyyat orqanlarına satılmış Kərimov Əli, Həsənov Cəmil ilə son günlərdə Azərbaycan dövlətinin əleyhinə apardıqları işlər qətiətlə pislənmiş və bu cür halların qarşısının alınması üçün müəyyən qabaqlayıcı tədbirlərin işlənib həyata keçirilməsi qərara alınıb. Qərbin bəzi qurumlarının son zamanlar Azərbaycanda baş verən hadisələrə sərt reaksiyalar verməsi tənqid olunmuş və bu Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirilib.

Bunlarla yanaşı, son günlər Musavat partiyasından isteva verən bir qrup şəxslə Hafiz Hacıyevin görüşünün nəticələri müzakirə edilmiş və bu istiqamətdə görüşlərin davam etdirilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA