Baş redaktora qarşı fantastik təzminat tələbi: 2 milyon 500 min manat

img

15-12-2014 [15:50]




Sabah saat 11.20-də "Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin məhkəməsidir. 

Bu barədə məlumat verən Aqil Ələsgərin sözlərinə görə, sabah Azərbaycan Dövlət Neft Şirkətinin ona qarşı qaldırdığı işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsinə dair tələbdən ibarət iddiaya baxış olacaq:. 

"Qeyd edim ki, bu barədə mənə heç bir bildiriş gəlmədiyi üçün bu gün özüm Səbael məhkəməsinə gedərək, bildirişi aldım”. 

"Yeni Çağ” qəzetinin baş redaktoru bildirdi ki, SOCAR ondan fantastik məbləğdə təzminat istəyir: "ARDNŞ məndən 2 milyon 500 min manat təzminat tələb edir. 500 min mənim şəxsimdən, 2 milyon manat isə sahibi olduğum qəzetdən, yəni yenə məndən istəyir. Məsələ burasındadır ki, iddianamə Neft Şirkətinin adından yazılsa da, etiraz edilən heç bir nüans SOCAR-la birbaşa bağlı deyil. Mən şəxsən SOCAR-ın işgüzar nüfuzuna heç vaxt zərbə vurmamışam və bu niyyətdə də olmamışam”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA