Serbiyadakı səfirliyimiz anım mərasimi keçirib

img

13-12-2014 [21:59]


12 dekabr 2014-cü il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyindən Mia.az-a daxil olan məlumata görə, mərasimdə səfirliyin əməkdaşları ilə yanaşı, Serbiya Parlamentinin üzvləri, dövlət rəsmiləri, Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, Serbiyada fəaliyyət göstərən ölkəmizin "AzVit” şirkətinin rəhbərliyi, eləcə də burada yaşayan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak ediblər:

"Tədbir iştirakçıları əvvəlcə "Taşmaydan” parkına gələrək, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoymuş və ulu öndərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Daha sonra tədbir iştirakçıları həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət etmiş, hər iki abidənin önünə gül-çiçək dəstələri qoyulub. 

Sonra tədbir Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyində davam etdirilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin müşaviri Anar Əcəmov görkəmli siyasi xadim Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının qəbul olunmasında, ölkəmizdə sabitliyin bərqərar olunmasında, Azərbaycan xalqının qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında, eləcə də Azərbaycan elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən bəhs etmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş foto-sərgiyə və sənədli filmə baxıblar".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA