Əli Həsənov iqtidar-müxalifət dialoqu haqda ilk mesaji verdi

img

13-12-2014 [12:10]


"Azərbaycan hakimiyyəti 1993-cü ildən bəri həmişə dialoqa hazır olub və dialoq əhval-ruhiyyəsi ilə fəaliyyət göstərib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün ölkədəki əksər müxalifət partiyalarının sədrləri ilə keçirdiyi görüşündə deyib.

Şöbə müdiri xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə Azərbaycanda iqtisadi rifahın yüksəlməsi, iqtisadi islahatlarla yanaşı davamlı olaraq siyasi islahatların da aparılmasının zəruriliyini vurğulayıb: "Biz daim siyasi sistemimizin təkmilləşdirilməsinə də diqqət yetiririk. Çünki modernləşmə prosesi dövlətin iqtisadi-sosial sahələrdəki uğurları ilə yanaşı siyasi cəhətdən dünyada təcrübədən keçmiş, özünü doğrultmuş islahatları tətbiq etməsi və həyata keçirməsindən ibarətdir”.

Ə. Həsənov deyib ki, Azərbaycan cəmiyyətinin daxili idarəçiliyi mətbuat, söz və məlumat azadlığı, həmçinin vətəndaş cəmiyyəti institutlarının və siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür: "Ona görə də biz davamlı olaraq mətbuatla, siyasi partiyalarla, qeyri-hökumət təşkilatları ilə görüşlər keçirmişik. Bugünkü görüş də Azərbaycanın bir qrup müxalifət partiyasının təşəbbüsü ilə reallaşdırılıb. Biz partiyaların qaldırdığı məsələlər ətrafında fikir mübadiləsi aparacağıq, fikirləri dinləyəcəyik, ümumiləşdirəcəyik. Mən də Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi nəticələri Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Prezident Administrasiyasına və müvafiq strukturlara çatdıracağam”.

PA rəsmisi bir daha qeyd edib ki, Azərbaycan hakimiyyəti siyasi opponentləri ilə konstruktiv əməkdaşlığa, dialoqa həmişə açıq olub: "Bundan sonra da açıq olmağa davam edəcəyik”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA