"Həyatımı Heydər Əliyevə borcluyam" - İsa Qəmbərin qardaşı

img

13-12-2014 [12:08]


"Müxalifətdə olanda anlamasam da, indi dərk edirəm ki, mənim həyatımda mərhum prezident Heydər Əliyevin də rolu böyükdür”.

Bu fikri Hafta.az-a açıqlamasında Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər deyib. O bildirib ki, Almaniyada təhsil almasında H.Əliyevin rolu danılmazdır:

"Allahdan ona rəhmət diləyirəm. Ruhu şad olsun. Həyatımın dəyişməsində anamın, atamın, Heydər Əliyevin, Azərbaycan Neft-kimya institutunun rektoru İsmayıl İbrahimov və digər şəxslərin rolu böyükdür. 12 dekabr Heydər Əliyevin anım günü keçirilir. İstədim ki, onun haqqında mən də fikir söyləyim. Müxalifətçiliklə Azərbaycana çox da xidmət etmək olmur. Buna görə də xahiş edirəm ki, bütün Azərbaycan xalqı bu gündən başlayaraq bir il müddətində müxalifətçilik yox milli birlik nümayiş etdirsinlər. Beləliklə də Dağlıq Qarabağ problemimizi həll etmiş olarıq”.

Qeyd edək ki, bu ilin 12 dekabr tarixində mərhum prezident Heydər Əliyevin vəfatından 11 il ötdü. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA