Müsavat rəhbərliyi BŞPİ-nə çağırıldı

img

12-12-2014 [21:17]


Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslər, başqan müavinləri Elman Fəttah, Səxavət Soltanlı və Divan üzvü Razim Əmiraslanlı 13 dekabr saat 16:30-a BŞPİ-də çagırılıb.

Mia.az musavat.com-a istinadən xəbər verir ki, Müsavat Partiyası Beynəlxalq İnsan haqqları günü ilə əlaqədar Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbi ilə 14 dekabr saat 15:00-da "Məhsul" stadionunda mitinq keçirəcək. Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Mitinqin təhlükəsizliyi BŞPİ-nin üzərindədir.

Partiya rəhbərliyindən verilən rəyə görə, güman ki, BŞPİ Müsavat rəhbərliyi ilə mitinqin təhlükəsizliyi məsələlərini müzakirə edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA