Heydər Əliyev Mərkəzində seminar - FOTOLAR

img

11-12-2014 [10:14]


Dünən Heydər Əliyev Mərkəzində keçmiş prezident Heydər Əliyevin irsinin tədqiqi ilə bağlı elmi-praktik seminar keçirilib. 

Mərkəzdən verilən xəbərə görə,  "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” mövzusundakı seminarda rəsmi şəxslər, Milli Məclisin deputatları, alimlər, ictimaiyyətin nümayəndələri, ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Seminarın açılışında çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında göstərdiyi xidmətlərdən danışıb. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxışında bildirib ki, Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edib. Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli intibah və inkişafının ideya təməli olan konsepsiyanı – azərbaycançılığı da nəzəri və təcrübi yönlərdə yüksək səviyyəyə qaldırıb. 

Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova dünyanın məşhur siyasətçilərinin Heydər Əliyev haqqında söylədikləri kəlamları iştirakçıların diqqətinə çatdırıb.  Tədbirdə digər çıxış edənlər Heydər Əliyev Mərkəzi tərəfindən reallaşan bu layihənin əhəmiyyətini qeyd ediblər. 

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov seminara başlayıb. Qeyd edilib ki, Heydər Əliyev irsinin öyrənilməsi üzrə seminarlar Heydər Əliyev Mərkəzi tərəfindən mütəmadi olaraq keçirilir. Layihə çərçivəsində tanınmış elm adamları Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur, interaktiv müzakirələr aparılır. İctimaiyyət üçün açıq olan seminarlarda dinləyici qismində hər kəs iştirak edə bilər. Seminarların gələcəkdə regionlardakı Heydər Əliyev mərkəzləri ilə video bağlantılar formatında keçirilməsi də nəzərdə tutulub(Qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA