“Hər an müharibə ola bilər” – Politoloqdan xəbərdarlıq

img

09-12-2014 [17:07]


"Ermənistan ordusunda baş verən son hadisələr Dağlıq Qarabağda müharibənin hələ tam başa çatmadığının sübutudur”.

Bunu Hafta.az-a açıqlamasında politoloq Vəfa Quluzadə Ermənistan ordusunda baş verən hadisələrə ictimai narazılığın artmasına münasibət bildirərkən deyib.

Politoloq xidmət müddəti başa çatmasına baxmayaraq, əsgərlərin ehtiyata buraxılmamasının pərdə arxasından danışıb:

"Məsələ ondan ibarətdir ki, biz Ermənistanla müharibə vəziyyətindəyik. Münaqişə hələ bitməyib. Azərbaycan ermənilərlə hər an müharibəyə hazır olmalıdır. Hər an müharibə ola bilər. Hazırkı status-kvo ilə barışa bilmərik”.

Xatırladaq ki, Ermənistan ordusunda hərbi qulluqçuların əsgərlik müddəti başa çatsa da, onlar evə buraxılmırlar. Erməni ekspertlər isə bunu ordudakı əsgər çatışmazlığı ilə əlaqələndirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA