"Xədicə İsmayılı Əli Kərimli həbs etdirib"-Niyaməddin Orduxanlı

img

08-12-2014 [16:31]



Xədicə İsmayılın həbsi ilə bağlı mətbuatın sualına cavab verən BAXCP sədrinin siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildriib ki, bu həbsin əsas səbəgarı AXCP sədri Əli Kərimlidir: Şərqdə qadının həbs olunmasına yaxşı baxmırlar. Azərbaycan cəmiyyətində də qadının həbs edilməsi müsbət qarşılanmır. Bu gün Xədicə İsamayılla bağlı həbs qəti imkan tədbiri seçilib. Xədicə İsmayıl jurnalist peşəsindən silah kimi istifadə edirdi. Mən onu 1998 ci ildən tanıyıram. O dövrdən indiyə kimi bütün fəaliyyəti siyasi mübarizə müstəvisində olub. O özünü jurnalist kimi göstərib. Ancaq Xədicə İsmayıl jurnalist peşəsindən hakmiyyətə qarşı silah kimi istifadə edib. Xədicə İsmayılın bu gün həbsə atılmasının bir səbəbgarı var: Əli Kərimli! Bəli, Xədicə İsmayıl 17 ildir jurnaslit peşəsini özünün "çətiri" sayırdı və "çətir" altında bütün fəaliyyətini hakmiyyətə gəlmək və Əli Kərimlinin təbliğatını aparmaq üzərində qurmuşdu. Xədicə İsmayıl bu ölkədə Əli Kərimlidən başqa hər kəsi təqhir etmiş və bununla bağlı yazılar yazmış şəxsdir. Xədicə İsmayıl kimləri təhqir edib: Əbülfəz Elçibəy, hakmiyətin bütün nümayəndələri, İsa Qəmvər, Rauf Arifoğlu və s. Bu adamın siyasi ambisiyaları var idi və bu acıq şəkildə də görünürdü. Və bir daha qeyd edirəm ki, Əli Kərimli indiyə kimi öz çrikin siyasi məqsədlərinə çatmaq üçün Xədicə İsmayıl kimi insanlardan məhartələ istifadə edirdi. Və bu adamlar həbsə atılandan sonra Əli Kərimli bir dəfə də olsun bu adamların ziyarətinə getməyib. Bu gün Əli Kərimli bu həbsdən istifadə edib, beynəlxalq təşkilatlarla alver edəcəyini istisna etmirəm. Bu cür həbsləri qrant pridmeti sayır...

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA