ALP Xədicə İsmayılla bağlı bəyanat verdi

img

07-12-2014 [13:48]


Azərbaycan Liberal Partiyası bəyanat verib. Mia.az-a daxil olan bəyanatda qeyd olunur: "Azərbaycan iqtidarı söz azadlığına və insan haqlarına qarşı növbəti özbaşıanlıq törətmişdir - "Azadlıq" radiosunun əməkdaşı, iqtidara qarşı kəskin çıxışları, korrupsiyaya uğramış məmurların ifşası ilə fərqlənən Xədicə İsmayılova saxta və cəfəng "özünü öldürmə həddinə çatdırma" ittihamı ilə həbs edilmişdir.
İqtidar X.İsmayılı həbs edərkən yenidən onun şəxsi işlərinə qarışmaqla təkcə yazılmış dövlət qanunlarını deyil, həm də yazılmamış əxlaq qanunlarını pozmuşdur".

Azərbaycan Liberal Partiyası hesab edir ki, X.İsmayılın həbsi onun "cinayət törətməsilə" deyil, birbaşa jurnalist fəaliyyətilə bağlıdır və o siyasi məhbusdur.
Azərbaycan iqtidarı nəzərə almalıdır ki, belə addımlar təkcə onun isyasi zəifliyini nümayiş etdirmir, ölkədə daxilində ona qarşı ikrah hissi oyatmır, həm də beynəlxalq ictimaiyyətdə xalqımızın və ölkəmizın mənfi obrazını yaradır. Bu isə Azərbaycana ağır mənəvi-psixoloji və siyasi zərbədir.

Azərbaycan Liberal Partiyası iqtidarı Xədicə İsmayılı və onun kimi şərlənib, saxta ittihamlarla həbs edilmiş bütün siyasi məhbusları dərhal azad etməyə çağırır.

ALP mətbuat xidməti

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA