MSK seçki komissiyalarının tərkibində dəyişiklik etdi

img

06-12-2014 [20:18]


Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

MSK-dan verilən məlumata görə, əvvəlcə Komissiyanın 2014-cü il noyabrın 26-da keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin yekunlarının müəyyən olunması məsələsinə baxılıb. Komissiyanın qərarı ilə 14 bu cür bələdiyyə üzrə səsvermə protokollarını tərtib etməli olan dairə seçki komissiyaları müəyyənləşdirilib.

Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra daxil olmuş müraciətlərdən birinin qanunvericiliklə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilməsinə, digər müraciətin isə təmin edilməsinə qərar verilib.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

İclasda cari məsələlərə də baxılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA