“Heç kəs deyə bilməz ki, Xədicə İsmayılova hansı əməli törədib" - YAP-dan reaksiya

img

06-12-2014 [15:25]


"Jurnalist Xədicə İsmayılova konkret cinayət əməlinə görə həbs edilib. Hazırda istintaq gedir və beynəlxalq təşkilatların, xarici dövlətlərin istintaqa təzyiq etməyə ixtiyarı yoxdur”. 

Bunu hakim Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, istintaqın hər hansı təzyiqlə, hər hansı təpki ilə başqa istiqamətə yönləndirilməsi absurddur: "Heç kəs deyə bilməz ki, Xədicə İsmayılova hansı əməli törədib. Hər hansı beynəlxalq təşkilat, yaxud hər hansı siyasi partiya, jurnalist təşkilatı məgər istintaq, təhqiqat orqanıdırmı? Bunların heç biri müəyyən edə bilməz ki, kim hansı əməli törədib və bu əməlin ictimai təhlükəlilik dərəcəsi nədən ibarətdir? O baxımdan da istintaq araşdırar, əgər kiminsə nəyəsə şikayəti varsa, məhkəməyə müraciət edə bilər”(Trend).

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA