Tanınmış YAP-çıdan Xədicə İsmayıla dəstək gəldi

img

06-12-2014 [14:25]


Sabiq millət vəkili Nazim Məmmədov sosial şəbəkədə dünən həbs edilən tanınmış jurnalist Xədicə İsmayıl barədə öz fikirlərini yazıb. 

Mia.az Azinform.az-a istinadən həmin statusu olduğu kimi təqdim edir:

«Xədicə İsmayılı çox yaxşı tanıyıram, uzaq 1997-ci ildən. Mən içtimai fəaliyyətə başladığım 2003-cü ildən də jurnalist kimi tanıyıram, 2005-ci ildən deputat seçildiyim vaxtdan ən azı iki dəfə O məni Azadlıq Radiosu FM-də tənqidə məruz qoyub, bir dəfə Koxa Nəbi kəndi ilə bağlı, bir dəfə də «Avto Qarant» ASC ilə bağlı. Hər iki tənqiddən sonra onun niyə belə etdiyini soruşanda, tərəfsiz olduğunu deyib və mənə cavab haqqından… artıq heç nə edə bilməyəcəyini söyləyib. 2005-dən indiyə qədər onun verilişlərində, araşdırmalarında hakimiyyəti müdafiə etməyə, ən azı heç olmasa obyektiv olmağa çalışmışam, iqtidarın nailiyyətləri ilə yanaşı həm də səhvləri demişəm. Son görüşümüz bir neçə gün bundan öncə bizim evdə anamın vəfatı ilə bağlı bir başqa dostumuzla birgə mənə, ailəmə başsağlığına gələn vaxt olub. Axşam tv-də Xədicənin həbsi haqqında məlumat veriləndə Zeynəb, Cavid və Fəridə çox pis oldular, mən də hədsiz dərəcədə məyus oldum. Hansısa jurnalisti ölüm həddinə çatdırmasına inanmıram və tezliklə azad olunacağına ümid edirəm, Onun araşdırmaları ilə razılaşmamaq olar, ancaq Xədicə İsmayıl mənim üçün ən vicdanlı jurnalistdir, heç kimə və heç nəyə «satılası» deyil, dostdur!»

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA