Müsavat Xədicə İsmayıln həbsiylə bağlı bəyanat yaydı

img

05-12-2014 [20:25]


Müsavat Partiyası bu gün barəsəində iki aylıq həbs qəti-imkan qərarı çıxarılan jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat yayıb.

Mia.az-a daxil olan bəyanatı təqdim edirik:

"2014-cü ilin əvvəllərində facebook sosial şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yaydığına görə "Azadlıq” radiosunun əməkdaşı, jurnalist Xədicə İsmayıl barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) və digər maddlərlə ilə cinayət işinə başlanması haqqında məlumatlar yayılıb.

Zaman-zaman bu işlə əlaqədar X.İsmayıla qarşı müxtəlif təqib və təzyiqlərə yol verilməsi faktları olsa da, məhz Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son yazısından sonra Azərbaycanın hüquq-mühafizə orqanlarının yeni bir cinayət uyduraraq jurnalist X.İsmayılı 125-ci maddə ilə həbs etməsi Azərbaycanın qanunlarla deyil, tapşırıqlarla idarə olunduğunu bir daha təsdiqləyir.

Müsavat Partiyası Xədicə İsmayılın həbs edilməsinin əslində onun hakim ailənin biznes əlaqələrinin tədqiqi ilə əlaqədar olduğunu və hakimiyyətin azad sözə qarşı dözümsüzlüyünü bəyan edərək, bu qanunsuzluğu pisləyir və jurnalistin dərhal həbsdən azad olunmasını tələb edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA