“Sönməz Məşəl” Avropa Parlamentinin prezidentinə etiraz edir

img

05-12-2014 [15:07]



Avropa Parlamentinin prezidenti Martin Şults noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındaAzərbaycana qarşı növbəti qərəzliçıxışı ilə ölkəmizin daxili işlərinə qarışmağa cəhd edib. Onun guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında söylədiyi fikirlər, eləcə də ölkəmizdə guya söz, mətbuat və fikir azadlığının məhdudlaşdırılması barədə dedikləri bütövlükdə Azərbaycan ictimaiyyətinin, o cümlədən vətəndaş cəmiyyətinin ciddi etirazına səbəb olub.

"Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi İdarə Heyətinin bu günlərdə keçirilən təcili iclasında bu məsələ müzakirə olunub.

İctimai Birliyin İdarə Heyətinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva əməkdaşımızla söhbətində bildirib ki, bəzi Avropa siyasətçiləri nədənsə ikili standartlardan əl çəkmək istəmir, Azərbaycanla bağlı çox vaxt obyektivlikdən uzaq mövqe nümayiş etdirirlər. Avropa Parlamenti kimi nüfuzlu bir qurumun prezidentinin Azərbaycan həqiqətlərinə kölgə salmaq cəhdi, guya ölkəmizdə insan hüquqlarının pozulması hallarına yol verilməsi barədə dedikləri sadəcə təəssüf doğurmur, ikrah hissi oyadır.

Öz doğmalarının, ata-analarının qəbrini ziyarət etmək kimi bəşəri bir arzu və istəklə Kəlbəcərə gedən soydaşlarımızın həbs edilərək aylardan bəri əzab-əziyyətə düçar olması nədənsə Avropa siyasətçilərini narahat etmir, amma konkret cinayət əməllərinə, o cümlədən Vətənə xəyanətdə ittiham olunan şəxslər müdafiə olunur və onlara görə ölkəmizdə insan hüquqlarının pozulduğu iddia edilir.

"Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi belə qərəzli fikirlərə etirazını bildirir, Avropada fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarını ikili standartlara xidmət edən bu cür siyasətə qarşı etiraz etməyə çağırır.






Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA