Prezidentin namizədi müzakirəyə çıxarıldı, yeni səfir gəlir

img

05-12-2014 [09:36]


 
Vaşinqtonda, Senatın Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib. Prezident Barak Obamanın nominasiya etdiyi Robert Sekuta komitə səsverməsində təsdiq olunub.

Bu barədə "Amerikanın səsi" radiosu xəbər verir. Səfirin Bakiya nə vaxt gələcəyi hələ ki, açıqlanmır.

R.Sekuta ABŞ dövlət katibinin Enerji Resursları üzrə Bürosunda çalışır. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edir.

Robert Sekuta diplomat kimi Tokioda və Berlində xidmət edib. R.Sekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA