Elmar Məmmədyarov nazirlə görüşdü

img

04-12-2014 [22:53]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb.

Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə olunub.
 
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı vacib rol qeyd olunaraq, Trans-Anadolu və Trans-Adriatik lahiyələrinin əhəmiyyəti vurğulanıb.
 
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA