Niyaməddin Orduxanlı Martin Şultsa qarşı bəyanat verdi

img

04-12-2014 [21:23]



Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı "Bələdiyyələrin İnkişafına Yardım" ictimai birliyi də bəyanat qəbul edib. Bəyanatı mətbuata birliyin sədri Niyaməddin Orduxanlı yayıb. Bəyanatda deyilir:
Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı etdiyi çıxışı birbaşa qərəzli və Azərbaycana olunan təzyiq kimi səciyələndiririk və buna kəskin etirazımızı bildirik. Avropa Parlamentinin prezidenti olaraq Martin Şults Avropanın və xüsusən də Azərbaycanla qonşu ölkələr bərabər münasibət göstərməyi tələb edirik. Qonşu Gürcüstan və Ermənistanda onlarla QHT sədri, bloqçular, siyasi partiya yetkiləri, həbsdə olduğu halda, ancaq Azərbaycanda vətənə xəyanət ittihamı ilə həbs atılmış Leyla Yunusovanın həbsini səsləndirmək və onnun hüquqlarının pozulmasından bəhs etmək, onu deməyə əsas verir ki, Martin Şults Azərbaycana qarşı qərəzlı mövqey tutub və bu Azərbaycan cəmiyyətində Avropa Parlamneti kimi nüfuzlu bir təşkilatın imicinə böyük zərbə vurmuş olur. Avropa Parlamentinin rəhəri unumamalıdır ki, Ermənistan dövləti rəsmən bir milyon Azərbaycan vətəndaşının hüququnu pozub, 20 mindən artıq Azərbaycan vətəndaşı erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib, 30 mindən artıq qoydaşımız əlil olub. Niyə bir dəfə də olsun Martin Şults bu məsələrdən danışmayıb?! Bütün bunlar onu deməyə əsas verir ki, cənab Şultsun verdiyi bəyanat siyas xarakyer daşıyır və Azərbaycan dövlətinə təzyiq edilməsi üçün deyilmiş sözlərdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA