İcra başçıları yenidən toplanır- Seminar olacaq

img

04-12-2014 [21:12]


Azərbaycan Respublikasında 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar layihələr davam etdirilir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq dekabrın 5-dən etibarən informasiya sessiyalarına start verilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının Azərbaycandakı Ofisinin birgə layihəsi olan sessiyalar "Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusuna həsr olunub. İcra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə keçiriləcək tədbirlərdə mövzu ilə bağlı çıxışlar dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

İnformasiya sessiyaları dekabrın 5-də Şəmkirdə, dekabrın 6-da Şirvanda, dekabrın 8-də Bakıda keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA