“Milli Şura”nın gələcəyindən söhbət gedə bilməz"-Partiya sədri

img

04-12-2014 [19:45]


"Ümumiyyətlə, "Milli Şura”ya milli satqınlar yığışıb”. Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev "Milli Şura”nın üzvü Vidadi Mirkamalın adı çəkilən qurumun dağıldığını, parçalandığını və buna görə də müxalifətin inteqrasiyasından danışmağın əbəs yerə olduğuna dair fikirlərinə münasibət bildirərkən deyib. Partiya sədrinin sözlərinə görə, vaxtilə orada olan insanlar Kərimov Əlinin və Həsənov Cəmilin birləşib siyasi alver etməsinin şahidi oldular. Həmin insanlar düşünürdülər ki, bu iki nəfərin alverindən onlar da bəhrələnəcəklər. Amma bu, heç də belə olmadı. Ona görə də "Milli Şura”da olanların əksəriyyəti peşman olduqlarını açıq və səmimi olaraq etiraf etdilər. Ümumiyyətlə ağıllı, özünə hörmət edən adamlar heç bir zaman Kərimov Əli satqın, eləcə də Həsənov Cəmil kimi erməni qaynatasının yanında özünü görə bilməz. Artıq Vidadi Mirkamal kimi digərləri də başa düşdülər ki, "Milli Şura”nın gələcəyindən söhbət gedə bilməz. Bildiyiniz kimi, bu yaxınlarda Həsənov Cəmil ABŞ-a getmişdi və orada sarsaqlamışdı. Bu haqda bizdə məlumatlar var. Həmin şəxs orada Azərbaycan haqqında başından böyük qələtlər edib”. H. Hacıyev hesab edir ki, "Milli Şura”nın juliklər, satqınlar şurası olduğunu onun digər üzvləri də hiss edəcəklər: "Mən sadəcə olaraq onlara çağırış edirəm. Onlara sözüm budur ki, əgər özünə hörmət edən adam Azərbaycanın bir milyondan artıq vətəndaşını yurdundan didərgin salan ermənilərin qaynatasının yanında qalırsa, bu, xalqımıza qarşı təhqir və xəyanətdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA