"İndiki rejim üçün daha ağır vəziyyət yaranacaq” - Rufiz Qonaqov

img

04-12-2014 [19:42]


Xəbər verildiyi kimi, Serj Sarkisyanın yürütdüyü uğursuz daxili və xarici siyasətə qarşı baş qaldıran etiraz dalğası bütün ölkəni cənginə alıb. Parlament binası qarşısında nümayişlər keçirilib.

Aksiya iştirakçıları Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına etiraz ediblər.

 Düşmən ölkədə baş verən hadisələrə münasibət bildirən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov AZADİNFORM-a bildirib ki, Ermənistanın vəziyyəti həqiqətən də çox çətindir. "Kütləvi etirazlar gözlənilən idi. Sarkisyan rejimi uzun zamandır ki, əhalini səfalət girdabında boğur. O, ölkəsini siyasi dəyənəyə çevirib” – deyən BMAM sədri Rufiz Qonaqov  hesab edir ki, Sarkisyanı hakimiyyətə gətirən sabiq prezident Köçəryanın nümayişlərə qoşulması vəziyyətin daha mürəkkəb olmasının isbatıdır: "Ölkədəki bütün siyasi təşkilatlar və siyasi qüvvələr bu cinayətkar rejimdən yaxa qurtarmağın yollarını axtarır. Xalq Sarkisyanın istefasını təkidlə tələb edir”.

R.Qonaqov  düşünür ki, hazırkı rəhbərin devrilməsi asan başa gəlməyəcək: "Onun hakimiyyətdən getməsi üçün ermənilər daha sərt hərəkatlara başlamalıdır. Hazırkı durumla barışmalı deyillər. Keçirilən sorğulardan aydınca məlum olur ki, bədnamlar bu oyunlardan yorulub”.

Sarkisyanın devrilməsini çətin edən məsələyə gəlincə, Rufiz Qonaqov vurğulayıb ki, ölkədə silahlı qüvvələrə nəzarəti onun özü yerinə yetirir: "Xatırlayırsınızsa, bir müddət əvvəl Sarkisyanın hakimiyyətə gəlməsi üçün xalq gülləbaran olundu. Seçkilərdə Sarkisyan xalqın etimadını qazanmamışdı. Belə bir vəziyyətdə xalqın üstünə silah çəkərək cinayətkarın hakimiyyətini qoruyub saxladılar. Söhbət ondan gedir ki, amansız rejim əlindəki ordu birləşmələrindən öz xalqına qarşı hər zaman istifadə edə bilər. Sarkisyan buna güvənir. Xalqın daha geniş təbəqələrinin etirazları hər tərəfi bürüdükcə, indiki rejim üçün daha ağır vəziyyət yaranacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA