04-12-2014 [14:39]
Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması noyabrın 29-da yekunlaşıb. Azərbaycanın siyasi partiyalarının, xüsusilə müxalifətdə olanlar bu seçkilərə o qədər də ciddi yanaşmadıqlarından partiya üzvləri namizədliklərini fərdi şəkildə irəli sürüblər.
Modern.azsaytı bələdiyyə seçkilərində ayrı-ayarı partiyaların nə qədər üzvünün namizədliyinin qeydiyyata alınması ilə bağlı sorğu keçirib.
Böyük Quruluş Partiyasının başqanıFazil Mustafadeyib ki, bələdiyyə seçkilərində iştirak edəcək 310 partiya üzvünün namizədliyi qeydə alınıb. Onun sözlərinə görə, bu, Yeni Azərbaycan Partiyası və Ana Vətən Partiyasından sonra 3-cü nəticədir.
Vətəndaş HəmrəyliyiPartiyasının (VHP ) sədri Sabir Rüstəmxanlıisə partiyanın təxminən 400-dən çox namizədinin təsdiqləndiyini bildirib.
Ana Vətən Partiyasının Mərkəzi Aparatının rəhbəri Elçin Fəzailoğlubələdiyyə üzvlüyünə 1000-dən artıq namizəd irəli sürdüyünü deyib. Onun məlumatına görə, partiyanın 572 üzvü namizəd kimi qeydiyyatdan keçib.
Müsavat Partiyasının başqan müavini Elman Fəttahbələdiyyə üzvlüyünə namizədlərin sayının dəqiqləşdirilməsi prosesinin dekabrın 5-də tam yekunlaşacağını bildirib.
O deyib ki, ilkin nəticəyə görə 17 nəfərin namizədliyi təsdiqlənib. Partiyanın 30-dan çox üzvünün namizədliklərini irəli sürdüyünü xatırladan başqan müavini iddia edib ki, qeydiyyat zamanı bəzilərinin namizədliyini müxtəlif bəhanələrlə təsdiqləməkdən imtina ediblər. Onun sözlərinə görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasına şikayətlər edilib: "Həmin şəxslərin namizədliklərinin qeydə alınması prosesindəki pozuntularla bağlı seçkidən qabaq hesabat yayacağıq”.
Azərbaycan Milli İstiqlalPartiyasının (AMİP) baş katibiArzuxanƏlizadə300 partiya üzvünün namizədliyinin təsdiqləndiyini bildirib: "Biz çalışdıq ki, bütün ölkə üzrə bələdiyyələri əhatə edək. 300 nəfərdən çox üzvümü namizədliyini irəli sürmüşdü. Sadəcə, bəzi kənd rayonlarında məmurların müdaxiləsi səbəbindən partiya üzvləri üzvlük vərəqələrini təqdim etməyiblər. Həmin vərəqə olmadan namizədlik irəli sürmək mümkün deyil”.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun sözlərinə görə,hakim partiya dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlaşır.
"Biz 84 rayon və şəhər üzrə seçki qərargahı formalaşdırmışıq və burada qərargah üzvləri fəaliyyət göstərir. YAP tərəfindən ilkin olaraq 15 min nəfərdən çox şəxsin namizədliyi irəli sürülmüşdü və onlardan da 15 min nəfərə yaxını imza vərəqələri almışdı. Konkret rəqəmlə desək, 15035 nəfər namizəd irəli sürmüşdük. Onların da 14 861-i dairə seçki komissiyalarında namizəd kimi qeydiyyata alınıb”.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək