"“Cənub axını” layihəsi heç vaxt prioritet olmayıb”

img

04-12-2014 [12:52]


Cənub axını” qaz borusunun tikintisinin dayandırılması ilə bağlı Rusiyanın verdiyi qərar Xorvatiyaya mənfi təsir göstərməyəcək.

"APA-Economics”in Xorvatiyanın "Dalje” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə bu ölkənin baş naziri Zoran Milanoviç deyib.
 
"Rusiya tərəfinin verdiyi qərar Xorvatiyaya mənfi təsir edə bilməz. Çünki ölkəmizin qaz tədarük üçün başqa mənbələri var. Trand-Adriatik (TAP) qaz borusu vasitəsi ilə ölkəmizə Azərbaycan qazının tədarükü bizim üçün hər zaman daha vacib olub. Avropa İttifaqı ölkələri üçün "Cənub axını” layihəsi heç vaxt prioritet olmayıb”, - deyə hökumət başçısı bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA