Elmar Məmmədyarov səfərə çıxdı

img

03-12-2014 [21:31]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrədə səfərdədir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclasında iştirak edəcək.
 
Səfər çərçivəsində E. Məmmədyarovun ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri Şurasının iclasında çıxışı, habelə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü və digər ikitərəfli görüşlər nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA