Prezident bu vəzifəli şəxslərlə bağlı sərəncam verdi - Təyinat

img

03-12-2014 [19:20]


Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla Birləşmiş Millətlər Təşkilatının Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 60-cı sessiyasında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiqlənib. Bununla da  Birləşmiş Millətlər Təşkilatının Qadınlara Münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 9-27 fevral 2015-ci il tarixlərində BMT-nin Cenevrə ofisində 60-cı sessiyasında Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin beşinci dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilib: 

Nümayəndə heyətinin başçısı

Hicran Hüseynova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Nümayəndə heyətinin üzvləri

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Natiq Məmmədov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Yusif Yusifov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini

Xaqani Rzayev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsinin müdiri


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA