YAP Gəncə şəhər təşkilatı kampaniyaya başladı...

img

03-12-2014 [18:25]


Dekabrın 3-də Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərargahında bu partiya tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərin təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib.

AzərTAc xəbər verir ki, görüşü YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq ötən seçkilərdən sonra yerli özünüidarəetmə qurumunda bələdiyyə üzvü kimi fəaliyyət göstərmiş YAP üzvlərinin gördüyü işlərdən danışıb. Qeyd edib ki, təşkilatı təmsil edən bələdiyyə üzvləri öz üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində, şəhərin abadlaşdırılmasında, əhaliyə xidmətin keyfiyyətinin yüksəldilməsində böyük uğurlar əldə ediblər. Bələdiyyə üzvləri arasında çoxluğa sahib olan Yeni Azərbaycan Partiyası haqlı olaraq qazanılan nailiyyətlərlə fəxr edir və bu uğurlardan ruhlanaraq dekabrın 23-də ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinə də ən layiqli namizədlərini irəli sürüb.

Görüşdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı sədrinin müavini, AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev, YAP mərkəzi aparatının məsul işçisi Rəfael Gülməmmədov, Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, Milli Məclisin deputatı Musa Quliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov və başqaları çıxış edərək əvvəlki seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası namizədlərinin üstünlük qanacağına əminliklərini ifadə ediblər.

Tədbir iştirakçılarına ötən bələdiyyə seçkilərindən sonra yerli özünüidarəetmə qurumlarının gördükləri və növbəti seçkilərdən sonra görəcəkləri işləri əks etdirən bukletlər paylanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA