Deputatın qardaşı oğlu adam vurdu, sabiq nazirin qardaşı isə...

img

03-12-2014 [16:52]


Bu gün Şabran rayonunda 2 saylı orta məktəbin fizika müəllimi Fikrət Əfəndinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Məlumata görə, yolu keçmək istəyən 62 yaşlı piyadanı vuran Şabran rayon sakini Süleymanov Kamran Nadir oğlu millət vəkili Tahir Süleymanovun qardaşı oğludur. Millət vəkilinin qardaşı və hadisəni törədən şəxsin atası Şabran rayonu Maliyyə İdarəsinin rəis müavinidir.

Xatırladaq ki, xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Tahir Süleymanov Şabranın millət vəkilidir, o 2000, 2005 və 2010-cu illərdə 93 saylı seçki dairəsindən Milli Məclisə mandat alıb.

Deputat T. Süleymanov olayla bağlı açıqlamasında hazırda xaricdə olduğunu bildirib. O, hadisədən xəbərsiz olduğunu və bu məlumatı ilk bizdən eşitdiyini qeyd edib.

Şabran rayonunun polis rəisi Əli Mərdanov isə qəzanın dünən baş verdiyini bildirib. Onun sözlərinə görə, hadisəni törədən şəxs saxlanılmayıb. Dünən artıq cinayət işinin açıldığını və istintaq tədbirlərinin davam etdirildiyini deyən polis rəisi qəza törədən sürücünün hadisə zamanı sərxoş olmadığını vurğulayıb. Ə.Mərdanov sürücünün sürət həddini aşıb-aşmamasının ekspertiza rəyindən sonra məlum olacağını deyib.

Qeyd edək ki, Əli Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır(qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA