Oqtay Əsədov Çexiyaya gedir

img

03-12-2014 [14:20]


Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 4-6-da Çex Respublikasında rəsmi səfərdə olacaq.

Bunu jurnalistlərə açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Nümayəndə heyəti səfər çərçivəsində ölkənin Deputatlar Palatasında və Senatda olacaq, Çexiya qanunverici orqanının fəaliyyəti ilə yaxından tanış olacaq.

Səfər zamanı spiker O.Əsədovun Meloş Zeyman, ölkənin deputatlar palatasının sədri Yan Hamaçek, Senatın sədri Milan Sştex və Azərbaycanla olan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşü olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA