Türkiyədən Avropaya təhdid və Qarabağ açıqlaması

img

03-12-2014 [11:05]


‘’Bu gün Avropa qonşu çoğrafiyalarda böyüyən təhdidlərlə qaraşı-qarşıyadır. Avropa bu təhdidləri kollektiv şəkildə, qonşu ölkələrlə və NATO müttəfiqləri ilə əməkdaşlıq içərisində olmalıdır". ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz 13-cü Berlin Təhlükəsizlik Konfransında çıxışında deyib. 

Onun sözlərinə görə, bu gün Türkiyə dünyanın dinamik və məsul bir ölkə kimi şərqlə qərb, şimalla cənub arasında uzlaşma üçün əlindən gələnin ən yaxşısını etməyə çalışır. 

Nazir Ukraynada da atəşkəsin təmin edilməsini və Minsk anlaşmasının tədbiqini dəstəklədiklərini deyib. ‘’Rusiyanın Krımı ihlaqını tanımırıq. Biz bu halda Ukraynanın ərazi bütövlüyünü və münaqişələrin beynəlxalq qanuna uyğun olan həll yollarını dəstəkləyirik. Ölkələrin ərazi bütövlüyü prinsipi bütün xəstəliklərin təməli olmalıdır. Bunun Dağlıq Qarabağ üçün də keçərli olması gərəkdir". 

Müdafiə naziri Türkiyənin birbaşa və dolayı yollarla Azərbaycanla Ermənistan arasında görüşləri dəstəklədiyini qeyd edib. O, hər iki ölkənin qəbul edəcəyi bütün həll yollarını dəstəkləməyə hazır olduqlarını deyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA