Mehman Əliyevə jurnalistdən kəskin ittiham: "Dedi ki,..."

img

03-12-2014 [09:41]


Fotojurnalist Abbas Atilay dekabrın 1-də sosial şəbəkədə çox maraqlı bir status paylaşıb. 

A.Atilay ad çəkməsə də, bir media orqanı rəhbərini hədəf alıb. Status aşağıdakı kimidir:

 "ABŞ donorlarından biri tərəfindən müsabiqə elan olunmuşdu ki, bir sitə var, o yenidən qurulmalıdır. Bir layihə yazıldı. Hacı Hacıyevin rəhbərliyi ilə iş görüləcəkdi. Layihəni biz udduq. 6500 AZN həmin bu agentliyin hesabına köçürüldü ki, onlar bu pulu hissə-hissə bizə versinlər, biz də işimizi görək. Agentliyin rəhbəri Hacını çağırdı ki, bəy, bilirsən, bizə artıq ehtiyac yoxdu. Gəlin 500-1000 verək, siz də qol çəkin, məsələ həll olsun. Hacı təbii ki, bunla heç vaxt razılaşmazdı, söhbət pulda yox, kiminsə fırıldağına şərik olmaq idi...

 Bu elə bir agentlikdir ki, mən onun adını çəksəm siz məni topa-gülləyə tutarsız. Biz də qorxumuzdan bu barədə sadəcə 1-2 adama dedik, o da yandığımızdan...”

Yuxarıda da qeyd etdiyimiz kimi, status müəllifi yazdıqlarında kimi nəzərdə tutduğunu açıqlamasa da, buna yazılan şərhlərdə sözügedən agentlik rəhbərinin "Turan”ın sədri Mehman Əliyev olması qeyd edilib. Status müəllifinin bu adı təkzib etməməsi isə iddianın doğru olması ilə bağlı şübhələri artırır. 

"Yeni Müsavat” bu iddiaya M.Əliyevdən rəy öyrənmək istəsə də, agentlik direktoru ölkədə olmadığı üçün danışmaq mümkün olmayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA