Kərimov Əli və müsavatçılar arasındakı dava “yorğan davasıdır” - Hafiz HACIYEV

img

02-12-2014 [12:58]


"Bu gün çox şadam ki, bir zamanlar söylədiyim fikirləri bir çox insanlar təkrarlayırlar”.

Bu fikri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Hafta.az-a, son günlər Əli Kərimli haqqında səslənən fikirlərə münasibət bildirərkən söyləyib. O qeyd edib ki, Əli Kərimli ilə müsavatçılar arasında olan gərginliyin səbəbi başqadır:

"Özlərini müxalifət adlandıranların 15 il öncə söylədiyim fikirləri bu gün təkrar etməsi sözsüz ki, məni çox sevindirir. Bu artıq sübut edir ki, məsələlərə necə real və dəqiq yanaşmışam. Kərimov Əli ilə Qəmbərov İsanın dəstəsi arasında son günlər yaşananlar əslində "yorğan davası”dır. Kərimov Əliyə primadonna demək çox yersizdir. Bizim primadonnamız var və o, Azərbaycan səhnəsinin gözüdür. Ona çox böyük hörmətim var. Kərimov Əli isə müxalifətin nəyidir daha öncələr də bunu demişəm. Artıq Qəmbərov İsanı sıradan çıxarmışam. Kərimov Əli və "anaş" Həsənov Cəmili də sıradan çıxardıqdan sonra özüm də siyasətdən gedəcəyəm”.

Qeyd edək ki, Sərdar Cəlaloğlu da Əli Kərimlini siyasətimizin primadonnası adlandırıb. Onun cavabını isə AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilov öz məqaləsi vasitəsilə bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA