Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi

img

02-12-2014 [12:03]


"Milli Məclisin növbəti plenar iclası dekabr ayının 16-da keçiriləcək”. Bu barədə Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, gündəliyə 30 məsələ daxil edilib:

"İclasda Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi nəzərdə tutulub”.

Akif Təfəkküloğlu deyib ki, növbəti iclasda "Hərbi qulluqçuların dövlət icbarı şəxsin sığortası haqqında”, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsin sığortası haqqında”, "Yol hərəkəti haqqında”, "Bələdiyyələrin statusu haqqında”, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "İnformasiya vermək haqqında”, "Kütləvi informasiya vasitələri haqqında” və "Dərman vasitələri haqqında” qanunlara, Azərbaycanın ticarət gəmiçiliyi məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Su Məcəlləsinə və Miqrasiya Məcəlləsinə dəyişikliklər də müzakirə olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA