Arif Hacılıya qarşı fraksiyanın yaradılmasına – Qərar verildi

img

01-12-2014 [11:24]


Müsavat partiyasının narazılarından ibarət İşçi Qrupu dekabrın 14-nə təyin edilən mitinqlə bağlı qərar qəbul edib.

Bu haqda AzNews.az-a Müsavat partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib.

Onun sözlərinə görə, mitinqlə bağlı qərar noyabırın 29-da keçirilən narazılardan ibarət İşçi Qrupunun iclasında qərar verilib: "İclasda partiyadaxili münasibətlər, İkram İsrafilin Divan bəyanatı və İşçi Qrupunun mitinqdə iştirak edib-etməmək məsələləri müzakirə olundu. Birmənalı şəkildə mitinqdə iştirakla bağlı qərar verildi”.

E.Məmmədli onu da vurğulayıb ki, narazıların fraksiya məsələsi hələ də İşçi Qrupunun gündəmindədir:"Qərar verildi ki, bununla bağlı müzakirələr aparılsın”.

Müsavat partiyasının üzvü Tural Abbaslıisə AzNews.az-a açıqlamasında bildirib ki, İşçi Qrupu fraksiyanın ilkin sənədinin hazırlanması qərarını verib:"İclasda Müsavatın son Ümumrespublika müşavirəsi müzakirə olundu və dəyərləndirildi. Fraksiya quruculuğu üzrə geniş müzakirə aparıldı. Və qərara alındı ki, 3-cü gün keçiriləcək İşçi Qrupunun iclasına fraksiyanın ilkin sənədi hazırlansın və müzakirəyə çıxarılsın”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA