"Sərdar Cəlaloğlu parlamentdə bir yer almaq üçün dəridən-qabıqdan çıxır”

img

29-11-2014 [21:25]


"Sərdar Cəlaloğlu artıq sifətini və simasını birmənalı olaraq göstərib”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov deyib. Onun sözlərinə görə, Sərdar Cəlaloğlunu danışdıranlar var: "O, hakimiyyətlə birbaşa əlaqədədir. Bunu hamı bilir. Qarşıdan 2015-ci ilin parlament seçkisi gəlir. Sərdar Cəlaloğlu parlamentdə bir yer almaq üçün dəridən-qabıqdan çıxır”.

H.Kərimov vurğulayıb ki, S.Cəlaloğlunun Əli Kərimlinin nə özünə, nə də onun partiyasına qiymət verməyə ixtiyarı çatır: "Yaxşı olar ki, Sərdar Cəlaloğlu özü və ətrafında olan 3-4 nəfər haqqında danışsın. ADP adlı bir partiya yoxdur. Azərbaycanda Rəsul Quliyevin vaxtında belə bir partiya olub. Sərdar Cəlaloğlunun 3-4 nəfərdən ibarət Azərbaycan Xalq Cəbhəsi Partiyasının balaca bir rayon şöbəsinin dayaq nöqtəsi qədər gücü yoxdur. Yaxşı olar ki, Sərdar Cəlaloğlu getsin, partiyasının qayğısına qalsın. Partiyasının hansı missiyasını yerinə yetirməyi haqqında düşünsün. Sərdar kimi yüzlərlə adam Əli Kərimliyə və onun partiyasına çamur atmağa çalışıb. Amma o ləkələrin heç biri bizi tutmayıb”.

Xatırladaq ki, ADP sədri S.Cəlaloğlu "Hürriyyət” qəzetinə müsahibəsində Ə.Kərimlinin ünvanına sərt ifadələr səsləndirib. Cəlaloğlu Əli Kərimlini xalq artisti İlhamə Quliyeva ilə müqayisə edib: "İlhamə artistlərə ad verdiyi kimi Əli Kərimli də özünə belə bir missiya götürüb. A bala, sənə bu hüququ kim verib? Sən də siyasətin primadonnasısan? Belə şey olar?”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA